“Whatsapp”da YENİLİK


Digərləri 13 Yan 2019 13:16:00 350 0

“Whatsapp”da YENİLİK

"Whatsapp"ın "Android" versiyasında messencerin istifadəçinin barmaq izi ilə qorunması funksiyası aşkar edilib. Lakin bu funksiya adi istifadəçilərdən hələlik gizlədilib.

Son.az Technote-a istinadən xəbər verir ki, sözügedən funksiya messencerin "Gizlilik" ayarlar bölməsində aşkar edilib. Bu funksiya aktivləşdiriləndə ayrı-ayrı çatlar deyil, messencerin özü tamamilə bloklanır.

Əgər smartfonun barmaq izi skanı texnologiyası hansısa səbəbdən istifadəçinin barmaq izini təyin etmirsə, onda "Whatsapp"ı "Android"in standart blokdan çıxartmaq üsulu ilə (qrafik şifrə, PIN kod və ya adi şifrə) aktivləşdirmək olar. Messencerin "iOS" versiyasında bu funksiya hələ keçən ilin yaz fəslində ortaya çıxmışdı. Lakin "iOS" versiyada da funksiya hələlik test mərhələsində çalışır və yalnız az istifadəçi kütləsi üçün aktiv edilib.


Xəbərə aid fotolar