Qara dəliyin yaranma anı müşahidə edildi


Digərləri 13 Yan 2019 12:52:00 239 0

Qara dəliyin yaranma anı müşahidə edildi

Alimlər bəlkə də ilk dəfə olaraq ulduzun qara dəliyə çevrildiyi anı müşahidə ediblər.

Son.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Amerika Astronomiya Cəmiyyətinin Sietl (Vaşinqton ştat) şəhərində keçirilən konfransında məlumat verilib. Hadisənin özü 200 milyon il əvvəl baş verib, lakin güclü partlayışın "işıq siqnalı" planetimizə ötən il çatıb: görüntü 2018-ci ilin iyun ayında qeydə alınıb.

Ulduzun kəskin işıq saçaraq böyük miqdarda enerjini buraxması ilə müşahidə olunan hadisə "AT2018cow" adlandırılıb. Hadisənin adında göstərilən bu hərf yığını kompüter tərəfindən yaradılıb və heç bir məna daşımır. Lakin sondakı "cow" ingilis dilindən tərcümədə "inək" deməkdir. Ona görə də məlum hadisə geniş elmi ictimaiyyət tərəfindən qısa olaraq "Cow" ("İnək") adlandırılıb.