Türkiyədə ağır qəza: kömək etmək istəyənləri də maşın vurdu


Dünya 13 Yan 2019 12:58:00 234 0

Türkiyədə ağır qəza: kömək etmək istəyənləri də maşın vurdu

Türkiyənin Konya şəhərində yük maşını qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, idarəetmənin itirilməsi səbəbindən aşan yük maşının sürücüsü yaralanıb.

Bildirilir ki, hadisənin şahidləri yaralı sürücüyə kömək etmək istəyərkən onları maşın vurub. İnsident nəticəsində yaralanan 5 nəfər hadisə yerinə gəlmiş təcili yardım briqadaları tərəfindən şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib.

Məlumata əsasən, yaralananlardan 2-si xəstəxanayada dünyasını dəyişib. Yük maşınının sürücüsü və digər yaralanan 2 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Sürücüyə kömək etmək istəyən insanları vuran avtomobilin sürücüsünün spirtli içki qəbul etdiyi müəyyən edilib.

Son.az