Tramp Rusiya ilə münasibətin düzələcəyini deməklə...


Dünya 13 Yan 2019 12:34:00 187 0

Tramp Rusiya ilə münasibətin düzələcəyini deməklə...

ABŞ-da Trampa qarşı "cadugər ovu" davam edərkən ikili münasibətlərin düzəlməsi gözlənilmir.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı senator Konstantin Kosaçev ABŞ Prezidenti Donald Trampın Rusiya ilə münasibətlərin yaxın gələcəkdə düzəlməsi barədə sosial şəbəkədəki paylaşımını Sputnik-ə şərh edərkən deyib. O bildirib ki, sözügedən açıqlama şübhəsiz Rusiya üçün deyil:

"Trampın bu sözləri ABŞ-ın daxilindəki müxaliflər üçün hazırlanıb və oradakı əsas fikir "Rusiyaya qarşı digərlərindən daha sərt oldum" sözləridir".