XX əsrin ən yaxşı filminin adı açıqlandı


Kriminal 13 Yan 2019 11:22:00 371 0

XX əsrin ən yaxşı filminin adı açıqlandı

Amerika Kinematoqrafçılar Cəmiyyəti (American Society of Cinematographers, ASC) yaranmasının 100 illiyi münasibəti ilə XX əsrin ən yaxşı filmini seçib.

Son.az Report-a istinadən xəbər verir ki, birinci yeri 1962-ci ildə rejissor Freddi Yanq tərəfindən lentə alınmış "Ərəbistan Laurensi" filmi ("Lawrence of Arabia") tutub.

ASC mütəxəssislərini filmin çəkildiyi şərait heyrətə gətirib. Xüsusən, filmin açıq hava səhnələri İordaniyanın Cəbəl əl-Tubayk şəhərində lentə alınıb. Həmin vaxt burada havalar dözülməz dərəcədə isti olub və ən yaxın su mənbəyi 240 kilometr məsafədə imiş.


Xəbərə aid fotolar