Üz dərinizə belə qulluq edin


Digərləri 13 Yan 2019 11:16:00 295 0

Üz dərinizə belə qulluq edin

Üz dərisi ilin bütün fəsillərində qulluq tələb edir.

Son.az axşam.az-a istinadən ev şəraitində hazırlanan maskaları təqdim edir:

Quru dəri üçün maska:

1 ədəd yumurtanı çalın, üzünüzə sürtün. Üstündən bitki yağı çəkin. Maskanı quruyana kimi saxlayıb əvvəlcə ilıq, sonra soyuq su ilə yaxalayın.

1 ədəd almanın qabığını soyun, xırda-xırda doğrayın, süddə qaynadın. Qarışıq sıyıq halına gələndə onu soyudub üzə maska edin. 20 dəqiqə saxladıqdan sonra soyuq su ilə yuyun.

Nəmləndirici maska: