Günay İbrahimlidən canlı yayımda “Nazəndə sevgilim”


Şou-biznes 13 Yan 2019 10:59:00 501 0

Günay İbrahimlidən canlı yayımda “Nazəndə sevgilim”

Müğənni Günay İbrahimli Türkiyəyə istirahətə yollanıb.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, ifaçı İstanbul küçələrində gəzən zaman "Nazəndə sevgilim" mahnısını canlı ifa edib.

O, həmin ifasını lentə alaraq, öz səhifəsində paylaşıb. Günay paylaşımına "Hava o qədər gözəldir ki... Fəslə uyğun anlar yaşayıram. Qar, şaxta, soyuq hava... Hər şey o qədər yerindədir, istədim ki, öz canlı ifamla sizləri salamlayım", - şərhini qeyd edib.