Sabirabadda yol qəzası: 1 nəfər xəsarət aldı


Digərləri 13 Yan 2019 10:24:00 232 0

Sabirabadda yol qəzası: 1 nəfər xəsarət aldı

Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Son.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaratəpə kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, iki avtomobilin toqquşması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1981-ci il təvəllüdlü Qaratəpə kənd sakini Məhərrəmov Elmir Oqtay oğlu Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Son.az