Azərbaycan mikromaliyyə bazarına manat vəsaitlərinin cəlb olunması üçün xarici investorlarla danışıqlar aparır


Digərləri 13 Yan 2019 08:56:00 246 0

Azərbaycan mikromaliyyə bazarına manat vəsaitlərinin cəlb olunması üçün xarici investorlarla danışıqlar aparır

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) manat vəsaitlərinin cəlb olunması üçün xarici investorlarla danışıqlar aparır.

Son.az bildirir ki, bunu Trend-ə AMFA-nın icraçı direktoru Jalə Hacıyeva deyib.

Onun sözlərinə görə, məqsəd ondan ibarətdir ki, mikrokredit təşkilatlarının təkrar maliyyələşdirilməsi xarici yox, yerli valyutada aparılsın:

"Ona görə də xarici vəsaitlərin hedcləndikdən sonra Azərbaycana daxil olması məqsədəuyğundur".