Fransada 240 nəfər saxlanılıb


Dünya 13 Yan 2019 08:36:00 195 0

Fransada 240 nəfər saxlanılıb

"Sarı jiletlər"in dünən Fransada keçirilən növbəti etiraz aksiyalarında saxlanılanların sayı 240 nəfər olub. Son.az Trend-ə istinadən bildirir ki, bir sıra şəhərlərdə, o cümlədən paytaxt Parisdə aksiyalar iğtişaşlarla müşayiət olunub. Parisdə gün ərzində saxlanılan 120 nəfərdən 74-ü həbs edilib. Onlar hüquq mühafizə orqanları əməkdaşlarına qarşı güc işlətməkdə və qadağan olunmuş silah gəzdirməkdə təqsirləndirilir.

Parisdə Zəfər tağının yaxınlığında yerləşən prospektlərdə nümayişçilərlə polis arasında qarşıdurma baş verib. Polislər onlara atılan daşlara cavab olaraq gözyaşardıcı qaz və su şırnaqları tətbiq ediblər.

Son məlumata görə, etiraz aksiyalarında ümumilikdə 84 min nəfər iştirak edib. Ötən şənbə aksiyalarına nisbətən iştirakçıların sayında xeyli artım olub.