Bakıda dəhşətli ailə dramının detalları məlum oldu


Kriminal 13 Yan 2019 08:09:00 696 0

Bakıda dəhşətli ailə dramının detalları məlum oldu

Uşaqlar evdəki bütün bıçaqları gizlədiblər ki, ataları - Masallı rayon sakini Dadaşov Rövşən analarını öldürməsin.

Son.az bildirir ki, Nəsimi rayonunun hüquq-mühafizə orqanları Bakıda gənc qadının qətlə yetirilməsinin detallarını "Sputnik Azərbaycan"a açıqlayıb.

Qeyd edək ki, yanvarın 10-da saat 23:55-də Cavadxan küçəsindəki evdə yerləşən kirayə mənzillərin birində 31 yaşlı Aidə Dadaşova başına küt alətlə vurulan zərbə nəticəsində ölüb. Onun 38 yaşlı həyat yoldaşı Dadaşov Rövşən Möhübbət oğlu saxlanılıb.

İlkin araşdırma zamanı məlum olub ki, Dadaşovun arvadını qətlə yetirməsinə qısqanclıq səbəb olub. Dindirilmə zamanı Dadaşov deyib ki, o, beş gün sərasər arvadının hərəkətlərini izləyib.

Ailə dağılmaq ərəfəsində olub. Hadisədən bir müddət əvvəl Dadaşova WhatsApp mobil tətbiqi vasitəsilə baldızına yazıb: "Rövşənə de, məni rahat buraxsın, biz boşanırıq".