Qanunvericilikdə yoxdur, amma yola belə nişan qoyulub


Digərləri 12 Yan 2019 23:44:00 313 0

Qanunvericilikdə yoxdur, amma yola belə nişan qoyulub

Bakıda yol nişanı sürücüləri çaş-baş salıb. Nişan yol hərəkəti üzrə qanunvericilkdə yoxdur, amma uzun illərdir ki, hərəkət yolda bu nişanla tənzimlənir. Sözügedən yoldan istifadə edən sürcülər də, nişanın qanunvericiliyə uyğun olmadığını bilirlər, amma olduğu kimi əməl edirlər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Cavanşir körpüsünün altından körpünün üzərinə və Yüsif Səfərov istiqamətinə gedən yoldan gedir.

Yolun sol hissəsində hərəkəti tənzimləmək üçün belə bir nişan qoyulsa da, qanunvericilikdə öz əksini tapmayıb.

Elə sürücülər də sözügedən nişanın qanunvericiliklə nəzərdə tutulmadığını, lakin məcbur olaraq əməl etdiklərini deyirlər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, qanunvericilikdə qeyd olunmayan bu nişan istənilən halda sürücülərdə çaşqınlıq yarada bilər. Amma bu nişana görə heç bir sürücü cərimə edilə bilməz.