Lənkəranda çayın yatağı qazılır


Digərləri 12 Yan 2019 23:46:00 256 0

Lənkəranda çayın yatağı qazılır

Lənkəranda çayın yatağı qazılaraq daşınır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Lənkəranın Daşdatük kəndindən gedir.

Kənd ərazisində "Lənkəran Yol Tikinti" ASC-yə məxsus karxana fəaliyyət göstərir. Sakinlərin sözlərinə görə, gün ərzində Lənkərançaydan 50-dən artıq iri tonnajlı maşınla çınqıl daşınır. Bu səbəbdən də orada iri yarğanlar əmələ gəlib. Çay isə ildən-ilə genişlənərək ətrafdakı evlərə təhlükə yaradır.

Kənd sakinlərinin sözlərinə görə, çayın qazılması şirin su mənbələrinin azalmasına da səbəb olur. Çay qazılaraq dərinləşdikcə ərazidəki şirin su qatının səviyyəsi aşağı düşür.