Göygöl və Lənkəranda partlayış baş verib


Digərləri 12 Yan 2019 23:49:00 235 0

Göygöl və Lənkəranda partlayış baş verib

Göygöl rayonunda ehtiyatsızlıq partlayışa səbəb olub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə Göygölün Qırıqlı kəndində baş verib.

Səhər saat 4 radələrində yuxudan ayılan ev sahibi 75 yaşlı Zenfira Məmmədova qaz sızmasından şübhələnərək cihazı söndürməyə çalışıb. Lakin bu vaxt cihazın avtomatik qığılcım verməsi partlayışla nəticələnib.

Partlayışdan dərhal sonra evdə yanğın başlayıb və mətbəxə ciddi ziyan dəyib. Ev sakinləri və qonşuların zamanında müdaxiləsi alovun yayılmasının qarşısını alıb. Zenfira Məmmədova isə ciddi yanıq xəsarətləri alıb.