Sınaq – ilahi qanun


Digərləri 12 Yan 2019 23:40:00 238 0

Sınaq – ilahi qanun

Allah-Taala Qurani-Kərimin "Bəqərə" surəsinin 155-ci ayəsində buyurur:

وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِّنَ الْخَوفْ وَالْجُوعِ وَنَقْصٍ مِّنَ الأَمَوَالِ وَالأنفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ

"Sizi qorxu, aclıq, mala və cana zərər, məhsul qıtlığından bir şey ilə imtahan edərik. Səbirlilərə müjdə ver."

Son.az maide.az-a istinadən bildirir ki, Allah-Taala bütün insanları imtahana çəkir. Amma bütün imtahanlar eyni olmur. Bütün yer üzü imtahan və sınaq meydanıdır və bütün insanlar - hətta peyğəmbərlər - imtahandadır. Bilməliyik ki, ilahi imtahanlar şübhələri aradan qaldırmaq üçün yox, istedadların çiçəklənməsi və insanların tərbiyəsi üçündür. Bütün acı və şirin hadisələr, o cümlədən, qorxu, aclıq, cana və mala zərər, məhsul qıtlığı ilahi sınaq vasitələrindəndir. Düşməndən qorxu, iqtisadi mühasirə, savaş və cihad, övladların və əzizlərin cəbhəyə göndərilməsi imtahan nümunələrindəndir.

Düşməndən qorxu sınağından qalib çıxmaq üçün Allaha təvəkkül və Onun zikrinə ehtiyac var. Çətinliklərlə mübarizə səbrə ehtiyaclıdır.

Əlbəttə, bütün insanların təkbətək sınaqlardan keçirilməsi də zəruri deyil. Mümkündür ki:

a) Hərə bir şeylə sınağa çəkilsin;

b) Bir sınaqdan üzüağ çıxan insan o biri sınaqda rüsvay olsun;

v) Bir şəxsin sınağı bir cəmiyyət üçün sınaq ola bilər.

Bəzən məhsul qıtlığı, mala zərər dəyməsi, qorxu yaranması və digər çətinliklər ilahi sınaqlar səbəbindən baş verir. Bəzən isə bu işlər insanların əməllərinə cəza olaraq müəyyənləşdirilir. Bəzən insanlara çətinlik yaradan onların günahları olur. İmam Əli (ə) buyurur: "Həqiqətən, Allah Öz bəndələrini onların günahlarına görə məhsul qıtlığı, xeyir qapılarının bağlanması kimi çətinliklərə salır ki, bəlkə insanlar düşünüb tövbə edələr." ("Nəhcül-bəlağə", xütbə 143.)

Əlbəttə ki, bu tənbehlər də sınaqdır. Necə ki, imana görə nemət verilməsi də sınaq vasitəsi olur. (Bax: "Cinn", 16-17.)

Allah səbirlilərə bir sıra lütflər etmişdir:

1. Məhəbbət;

وَاللّهُ يُحِبُّ الصَّابِرِينَ

"Allah səbir edənləri sevər!" ("Ali-İmran", 146.)

2. Qələbə;

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اسْتَعِينُواْ بِالصَّبْرِ وَالصَّلاَةِ إِنَّ اللّهَ مَعَ الصَّابِرِينَ

"Ey iman gətirənlər! Səbir və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbir edənlərlədir (onların dostudur)." ("Bəqərə", 153.)

3. Behişt;