Masonlar barədə həqiqətlər və miflər


Digərləri 12 Yan 2019 22:40:00 388 0

Masonlar barədə həqiqətlər və miflər

Masonlar kimi gizli mistik cəmiyyətlər təsvir edildikdə əsasən iki ifrata yol verilir. Ya tarix şişirdilir və masonlar bütün dünyaya hakim olan təşkilat kimi təqdim edilir, ya da ümumiyyətlə onlar mif kimi göstərilir. Bu yazıda biz "azad memarlar"ın həqiqətənmi qlobal sui-qəsdlər hazırlayan bir təşkilat, yoxsa adi bir şəbəkə olduqlarını üzə çıxarmağa calışacağıq.

Hər şeyi görən göz

Masonluq XVIII əsrdə gizli cəmiyyətlər şəbəkəsi kimi yaranıb.  Bu hərəkatın üzvləri əsasən gizli qalmağa üstünlük verib. Masonların ən mühüm sirlərini isə yalnız "seçilmişlər" bilib. Tarixçilər masonların kökünü orta əsrdə yaşayan daşyonanlara aid edirlər. Ümumiyyətlə, "mason", "frankmason" "memar", "azad memar " kimi tərcümə edilir.

Son.az faktxeber.com-a istinadən bildirir ki, bəzi tədqiqatçılar hesab edir ki, masonlar Süleyman peyğəmbərə, bəziləri qədim Misirə, bir qismi isə onların Fransa kralı Filippin "Çəhrayı xaç" ordeninə aiddir.

Dinşünas  Dmitri Pedyenko deyir: "Burada başa düşmək lazımdır ki, müxtəlif əfsanələr hər dəfə yeni bir şey kəşf edir və masonluğun mahiyyətini dərk etməyə imkan verir. Masonlara gəldikdə isə onlar hesab edirlər ki, bu kimi fikirlər mifologiyadan başqa bir şey deyil.

Biz onu deyə bilərik ki, bugünkü frankmasonluq din deyil, ən azı bu şəbəkənin ardıcılları belə hesab edir. Onların dediyinə görə, bu yalnız bir təlimdir.

Bu gün populyar ədəbiyyat sayəsində masonların rəmzlərini hamı azdan-çoxdan tanıyır. Məsələn, üçbucağın içində göz, çəkic, şaqul,  pərgar və s. kimi rəmzlər artıq dillər əzbərinə çevrilib. Bu kimi nişanlara sənədlərdə, filmlərdə, pulların üzərində və digər yerlərdə rast gəlmək mümkündür."  

Məsələn, "hər şeyi görən göz" dolların üzərində çap edilib və mason qlobal sui-qəsd nəzəriyyəsinin tərəfdarları bunu əsas götürərək şəbəkənin bütün dünya maliyyəsinin köməyi ilə dünyaya tam nəzarət etdiyini deyir.

Amma eyni simvolu İsgəndəriyyə sütunu və Sankt-Peterburqda yerləşən Kazan kilsəsi üzərində də görmək mümkündür. Xaçpərəstlikdə o, Müqəddəs üçlüyü (Ata, Oğul və Müqəddəs ruh) - Allahın gözünü simvolizə edir. Həmçinin mason işarələrini dünyanın əksər ölkələrində tanınmış binaların üzərində də görmək olar. Lakin bunu da qeyd etmək lazımdır ki, masonlar öz rəmzlərinin böyük hissəsini digər dinlər və təlimlərdən götürüb. Ona görə də bu kimi işarələri hər yerdə görmək olar.

Paytaxt Bakıda da bəzi binalar üzərində "mason emblemi" adlandırılan işarələr mövcuddur. Onlara əsasən Bakı şəhər İcra Hakimiyyətinin və Səadət Sarayının binaları üzərində rast gələ bilərik.

Miflərdən özünütəbliğ kimi istifadə

Belə demək mümkünsə, masonların yeni tərəfdarları cəlb etmək üçün özləri haqqında bəzi mifləri saxlamağa çalışırlar. Düzdür, onlar heç bir ictimai və siyasi məqsəd güdmür. Masonluqda əsas məqsəd özünü təkmilləşdirməkdir. Lakin bunun üçün mənəvi və maddi dəstəyə böyük ehtiyac olduğu üçün mason təşkilatlarında əsasən zəngin insanlar üstünlük təşkil edir. Bəziləri öz nöqsanlarını düzəltmək üçün, bəziləri yoldaşlıq, ünsiyyət üçün, digərləri isə özünə karyera qurmaq üçün masonluğa üzv olur, çünki onlar beləcə gizli hökumətə üzv olacağına inanırlar. Bəzi insanlar isə hərəkatın ritual xarakterli olduğu üçün mason olur. Çünki onlar üçün şəbəkənin dini və mistik olduğu önəmlidir.

XVIII-XIX əsrlərdə masonluq aristokratiya arasında olduqca dəbdə olduğu üçün bir çox ziyalılar bu şəbəkəyə üzv olub. Lakin bəziləri üçün bu sadəcə epizodik bir maraq olub. Məsələn, Rusiya ədəbiyyatının atası hesab edilən Aleksandr Sergeyeviç Puşkin cəmi bir il masonluqda qalıb və o şəbəkədə "ibtidai şagird" vəzifəsindən yuxarı qalxa bilməyib.