Mədə sallanması nədir, əlamətləri –


Digərləri 12 Yan 2019 22:27:00 2115 0

Mədə sallanması nədir, əlamətləri –

Azərbaycanda el arasında yayılmış xəstəliklərdən biri də " mədə sallanmasıdır". Az qala hər kəs özündə mədəsinin ağırlaşması, sanki aşağı doğru sallanması, dartılma kimi simptomlar hiss edir.

Son.az medicina.az-a istinadən bildirir ki, əslində belə bir patologiya tibbdə Qastroptoz adlanır. Bu zaman mədədə insan uzanmış vəziyyətdən ayaqüstü və oturaq vəziyyətə keçdikdə ağrılar olur, avtomobildə gedərkən silkələndikdə daha çox hiss olunur və ay qarına təzyiq etdikdə mədənin normal yerinə qayıtması ilə əlaqədar ağrı sakitləşir.

Mədə bağlarının boşalması nəticəsində mədədə bir çox pozğunluqlar baş verir. O öz yerindən aşağı doğru xeyli uzanır. Hətta elə xəstə var ki, onda mədə gəlib çanaq boşluğuna kimi çıxır.

Qastroptozun səbəbləri:

-İrsən, anadangəlmə əzələ və bağları zəif inkişaf etmiş insanlar -Hamiləlik, ağır doğuş -Cərrahi əməliyyatlar -Ağır əşya qaldıranlar, yük daşımada işləyənlər

-Hədddindən çox yemək, qazlı içkilər -Tez-tez pəhriz saxlayıb sonra birdən yemək -Qadınlarda qarın əzələləri və bağları zəif olduğundan mədə sallanması daha çox baş verir -Artıq çəkili insanlar