İmam Hüseynin yoxsul insana 3 sualı


Digərləri 12 Yan 2019 21:45:00 299 0

İmam Hüseynin yoxsul insana 3 sualı

Bir yoxsul insan ki, diyə verməyə vəzifələndirilmişdi, möhtac olduğu üçün İmam Hüseynin (ə) yanına gəlir və deyir: "Ey Allah Rəsulunun (s) oğlu! Mən qanın dəyərini üzərimə götürmüşəm, ancaq onu ödəməyə gücüm çatmır. Öz-özümə düşündüm və kərim insandan yardım  istəməkdən başqa yol tapmadım. Sizi, əsrimizin ən kərim insanı kimi tanıtdılar. Sizə qarşı ehtiyac əlimi açıram və sizdən ehsan ümidim vardır".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam (ə) buyurdu: "Ey ərəb qardaş! Mən sənə üç sual verəcəyəm. Əgər birincisinə cavab versən, həmin pulun üçdə birini sənə verəcəyəm. Əgər ikisini həll etsən, üçdə ikisini verəcəyəm. Əgər sualın üçünə də cavab versən, bütün məbləği almağa layiq olacaqsan".

Həmin şəxs dedi: "Ey Allah Rəsulunun (s) oğlu! Sizin kimi aqil bir insan mənim kimi nadana sual verəcək? Siz elm və şərafət nəslindənsiniz".

İmam Hüseyn (ə) buyurdu: "Mən cəddimdən eşitmişəm ki, buyurub: "İnsanlara yaxşılıq, onların mərifət və tanıma həddinə görədir"".

Həmin şəxs dedi: "Onda, nə istəyirsinizsə soruşun. Əgər bələd olsam, cavab verəcəyəm. Əks halda sizdən istifadə edəcəyəm".

İmam (ə) soruşur: "Hansı əməlin fəziləti daha çoxdur?".

Deyir: "Allaha imanın".

İmam (ə): "Giriftarlıqdan çıxış yolu nədir?".

Deyir: "Allaha etimad etmək".

İmam (ə): "Bir kişinin həqiqi gözəlliyi nədədir?".