4Gni dəstəkləyən ilk “ağıllı” uşaq saatı nümayiş olunub


Digərləri 12 Yan 2019 21:24:00 495 0

4Gni dəstəkləyən ilk “ağıllı” uşaq saatı nümayiş olunub

"Coolpad" şirkəti dördüncü nəsil mobil rabitə şəbəkəsini (4G) dəstəkləyən ilk "ağıllı" uşaq saatını təqdim edib.

AZƏRTAC "ıxbt" resursuna istinadən bildirir ki, yanvarın 28-dən etibarən satışa çıxarılacaq "Dyno Smartwatch" adlı yeni qurğunun qiyməti 150 dollar təşkil edir.

Məlumata görə, "Snapdragon Wear 2100" birkristallı sistemə əsaslanan saat 605 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib ki, bu da 2,5 gün avtonom iş deməkdir. Bundan başqa, korpus "IP65" standartı üzrə suyadavamlı və tozkeçirməzdir. Bundan başqa, saatın kəmərini dəyişmək mümkündür.