Günah anlayışının QuraniKərimdə


Digərləri 12 Yan 2019 21:10:00 243 0

Günah anlayışının QuraniKərimdə

Quran və Məsum İmamlar (ə) günahı müxtəlif adlarla tanıdırlar ki, hər birinin də özünəməxsus mənası vardır.

Son.az deyerler.org-a istinadən bildirir ki, Quranda günahı bəyan edən sözlər və onların mənası ilə tanış olaq:

1. Zənb. "Ardınca olmaq" deməkdir. Belə ki, hər bir günah əməl ardınca dünya və axirət əzabı gətirər. Ona görə də günahı belə adlandırmışdılar. Bu söz Quranda 35 dəfə işlənmişdir.

2. Məsiyyət. "Allahın əmrindən boyun qaçırtmaq"dır. Onu bəyan edir ki, bəndə Allahın əmrlərindən boyun qaçırdar. Bu söz də Quranda 33 dəfə işlənmişdir.

3. Əsəm. "Süstlük" və "mükafatdan məhrum olmaq" mənasındadır. Çünki, həqiqətdə günahkar hər cür mükafatdan məhrum olar. Bu söz Quranda 48 dəfə işlənmişdir.

4. Siyə. "Qəbahətli və çirkin əməl" mənasındadır. Ardınca qəm və bədbəxtlik gətirər. Həsənə sözünün antonimidir. Bu söz də Quranda 165 dəfə işlənmişdir.

5. Curm. Mənası "meyvənin ağacdan ayrılması"dır. Cərimə sözü də bu sözdən götürülmüşdür. Curm o əməldir ki, insanı həqiqətdən, səadətdən və təkamüldən ayırar. Bu söz də Quranda 61 dəfə işlənmişdir.

6. Haram. Mənası "qadağan olmaq"dır. Belə ki, ehram o libasdır ki, insan həccdə və ümrədə onu geyinər. Bir çox əməllər ona qadağan olunar. Haram ay - o aydır ki, onda müharibə etmək qadağan olunmuşdur.

Məscidul-həram - o məsciddir ki, xüsusi hörmətə malikdir və müşriklərin ora daxil olması qadağandır. Bu söz Quranda 75 dəfə işlənmişdir.

7. Xətiyə. "Bilməyərəkdən edilən günah"dır. Bəzən də böyük günah kimi istifadə olunur. Bu sözün mənası odur ki, günah sayəsində insanda elə hal yaranır ki, ona nicat yolunu bağlayır. Qəlbi İlahi nurdan kəsilir.

Bu söz Quranda 22 dəfə işlənmişdir.

8. Fisq. Mənası "xurma dənəsinin qabığından çıxması"dır. Günahkar insanın Allah bəndəliyindən çıxmasına işarə edir. O, öz günahı ilə İlahi əmr hasarını yıxmış olar. Nəticədə qalasız və hasarsız qalar.