İbadətin afət və bəlaları


Digərləri 12 Yan 2019 20:50:00 330 0

İbadətin afət və bəlaları

İnsanın qədim və and içmiş düşməni şeytan daim onun ibadətlərini puç etməyə çalışır. O, ibadətləri puç etmək üçün aşağıdakı yollardan istifadə edir:

1. Riya:

Allah-Taalanın yox, xalqın diqqətini cəlb edib, şöhrət qazanmaq üçün ibadət edən şəxs şeytan tələsinə düşmüşdür. Bu şəxsin ibadətləri hədər olur. Şeytan vasitəsi ilə yaranmış riya, bəzən, əməldən öncə niyyətdə özünü göstərir və "Allaha yaxınlıq məqsədini" məhv edir.

2. Təkəbbür:

Son.az maide.az-a istinadən bildirir ki, ibadət zamanı şeytan insanı özünü və ibadətlərini bəyənməyə vadar edir. Allahın adı ilə başlayan iş yarıda şeytan vasitəsi ilə puç olur. Şeytan insanı təkəbbürə düçar edir.

İmam Səccad (ə) "Məkarimul-əxlaq" duasında Allahdan istəyir: "İlahi, məni özünə bəndə et, ibadətlərimi təkəbbürümlə məhv etmə. Məni əziz et, təkəbbürə düçar etmə."[1]

Rəvayətdə deyilir: Qürurlu abid və xəcalət çəkən fasiq məscidə daxil olur. Fasiq tövbə və peşmançılığına görə dəyişib saleh mömin olur, lakin abid təkəbbürünə görə yolunu azır.[2]

3. Günah:

Şəksiz ki, günahlar ibadətin yaxşı təsirlərini məhv edir. Aylarla zəhmət çəkdikdən sonra qəflət nəticəsində xırmanı oda verən əkinçinin bütün zəhmətləri məhv olur. Günahlar ibadət tarlasını yandıran oddur.

Bir sözlə, şeytan insan qəlbinə axan zülal suyun yolunu kəsir, ya da qəlbə daxil olmuş suyu bulaşdırıb dağıdır.