Azərbaycan İsraildən “SkyStriker” kamikadze dronları alıb


Digərləri 12 Yan 2019 20:33:00 476 0

Azərbaycan İsraildən “SkyStriker” kamikadze dronları alıb

Azərbaycan Silahlı Qüvvələri öz cəbbəxanasını İsrailin "Elbit Systems" şirkətinin istehsal etdiyi "SkyStriker" idarə olunan uçuş aparatları ilə zənginləşdiriblər.

Son.az virtualaz.org-a istinadən bildirir ki, məlumatı "bmpd" inernet-portalı yayıb.

Yanvarın 10-da bu silahlar Azərbaycan Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində Prezident İlham Əliyevə nümayiş etdirilib.

"Kamikadze dron" o qədər də böyük olmayan pilotsuz uçuş aparatıdır. O, itələmə qüvvəsi verən propeller və elektrik mühərriki ilə təchiz edilib. Çəkisi 35 kiloqram, müxtəlif məqsədli döyüş hissələri isə 5 kiloqramdan 10 kiloqrama qədərdir.