Ramil Usubov Daxili Qoşunların qarşısında tələblər qoydu


Digərləri 12 Yan 2019 20:29:00 450 0

Ramil Usubov Daxili Qoşunların qarşısında tələblər qoydu

Yanvarın 12-də Daxili İşlər Nazirliyində (DİN) Daxili Qoşunların 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

DİN-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, müşavirədə çıxış edən daxili işlər naziri, general-polkovnik Ramil Usubov ötən hesabat ilində şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yekunlarını yüksək qiymətləndirib, qarşıda duran vəzifələrdən danışıb, onların həlli yollarını göstərib, konkret tapşırıq və tövsiyələrini verib.

Nazir bu il Daxili Qoşunlarda bütün təşkilati tədbirlərin müəyyən edilmiş vaxtda keçirilməsinin, bu zaman qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarınınn layiqincə yerinə yetirilməsinin əhəmiyyətini vurğulayıb.