Atçılığın konkur növü üzrə kubokun qalibi məlum olub (FOTO)


Digərləri 12 Yan 2019 19:28:21 431 0

Atçılığın konkur növü üzrə kubokun qalibi məlum olub (FOTO)

Azərbaycan Respublikası Atçılıq Federasiyası 11-12 yanvar 2019-cu il tarixdə atçılığın Konkur növü üzrə “Arzu Kuboku” turnirini keçirib.

Bakı. Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə ilin ilk konkur yarışı – “Arzu kuboku” yarışları keçirilib. ARAF-dan Trend-ə verilən məlumata görə, yarış “E”, “M” və “S” kateqoriyaları üzrə təşkil olunub. Maneələrin hündürlüyü 80-85 santimetr olan “E” kateqoriyalı yarışda 14 idmançı birincilik uğrunda mübarizə aparıb. “Walonka” ləqəbli atla “Elite Horse & Polo Club”un idmançısı Ramil İbrahimov birinci olub. “Light Limerick” ləqəbli atla Rəvan Əhmədov ikinci, “Rodrigo” ləqəbli atla Emin Rzayev isə üçüncü nəticə göstəriblər.