Həya ilə iman bir qabda olarlar


Digərləri 12 Yan 2019 19:20:00 461 0

Həya ilə iman bir qabda olarlar

Həyadan uzaq olmaq imanı aradan aparar. Həya olmadan, imandan bir şey qalmaz.

Bu cür insanda xeyir olmaz, onu gözəl gələcək gözləməz. O, fəsad nümunəsi olar.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, həya libasını cırar - onun qeybəti caizdir".

O kəs ki, bilərəkdən günah edər və fəsadı yayar, öz iffət libasını cırmış olar. Gözü, qulağı, dili müxtəlif günahlara düçar olar. Söyüş söyməkdən, haram yeməkdən, münkərlərə düçar olmaqdan çəkinməz. O, cəmiyyəti öz fəsadı ilə məhvə doğru aparar.

Ona görə də bu cür insanın qeybəti bir növ nəhyin münkər olunmasıdır. Bu yolla başqalarının həmin yola düşməsinin qarşısı alar.

İmam Baqir (ə) buyurur: "Həya və iman bir qabda bir-birinin yanında qərar tutarlar. Əgər onlardan biri gedərsə, o birisi də onun ardınca gedər".