“Atam pedofil idi?”


Digərləri 12 Yan 2019 19:02:00 290 0

“Atam pedofil idi?”

BBC-nin Victoria Derbyshire programı Britaniyada özlərini "pedofil ovçuları" adlandıran bir qrupun, sosial mediada uşaqlara qarşı cinsi cinayət törətməkdə ittiham etdiyi ən azı 8 kişinin intihar etdiyini ortaya çıxarıb.

Lesley-in atası barəsində istintaq aparılmamasına baxmayaraq intihar edib. Lesley indi cavabı olmayan suallarla yaşayır, təcavüz hədələri alır. Lesley bu cür qrupların ədaləti təmin etməkdən çox ona maneçilik törətdiyinə inanır.

Atası Michael Duff haqqında danışan Lesley "Onu dünyalar qədər sevirdim. Anadangəlmə əyləncəli bir insan idi" deyir.

"Hər şey barəsində danışırdıq. Məyus olduğum zaman ona müraciət edirdim. Tək istədiyim şey onun mənə sarılıb qucaqlaması idi".

Soyadınıı göstərmədiyimiz Lesley atası ilə həmişə yaxşı ünsiyyətdə olub.

O, atasının internet vasitəsiylə 15 yaşındakı gənc bir qızla ünsiyyət qurmasına və onun görüşməsinə yol aça biləcək başqa bir üzünün ola biləcəyini təsəvvür edə bilmir.

Lesley Facebook-da atasıyla bağlı bir video paylaşıldığını öyrəndiyi zaman vəziyyətdən xəbər tutub

Lakin 2015-ci ilin iyulunda qızıyla evdə olarkən sosial şəbəkələrdə atasının yayılan bir videosuyla bağlı məlumat alıb. Atasının 15 yaşında gənc qız olduğunu düşünürək ünsiyyət qurduğu insan, saxta hesablarla uşaqlara qarşı cinsi istismardan istifadə edə biləcək potensial cinayətkarlarla əlaqə quran və onları ifşa edən biriydi.

Lesley videodan xəbər tutduğu anı xatırladığında göz yaşlarına boğulur:

Dostum "Lesley, bunu sənə necə deyəcəyimi həqiqətən bilmirəm, amma Facebook-da atanla bağlı bir video yayılıb" dedi.

"Şoka düşmüş bir vəziyyətdə oturduğum yerdə qaldım. Video Facebook-daydı və ortaq dostlarımızın indidən izlədiklərini görə bilirdim. Bu səbəbdən edə biləcəyim bir şey yox idi".

"Çox güman ki, qışqırmışam, çünki yuxarı mərtəbədə olan qızım gəlib məndən nə baş verdiyini soruşdu".

Lesley o vaxtlar 15 yaşında olan qızına "baban pedofildir" deyə cavab verib. Hazirda bundan çox peşman olsa da, videonu qızına göstərib.

Michael Duff video sosial şəbəkədə yayınlandıqdan qısa bir müddət sonra intihar edib

Atası Michael Duff həmin gün polisə təslim olub. Kompüterləri polis tərəfindən müsadirə edilib. İfadə verdikdən sonra sərbəst buraxılıb. İki gün sonra isə intihar edib.

Heyrət içində və qəzəbli olan Lesley ittihamlar ortaya çıxdığından bu yana onunla danışmamışdı.

"Cəmiyyəti qorumaq"

Lesley atası barədə ilk dəfə danışır. Danışaraq "pedofil ovçularının" fəaliyyətlərinin nəticələrinin nə qədər genişmiqyaslı ola biləcəyini başa düşəcəklərinə ümid edir.

Victoria Derbyshire proqramı son 6 ildə ən azı 7 nəfərin "pedofil ovçuları" tərəfindən sosial mediada ittiham edildikdən sonra intihar etdiyini ortaya çıxarıb.

Bu kişilərin çoxu, sosial şəbəkələrdə ifşa edildikdən bir neçə gün sonra intihar ediblər. Lakin bunu həyata keçirənlər əhəmiyyətli bir ictimai xidmət göstərdikləri fikrindədirlər.

"Pedofil ovçusu" və ya özünü "uşaq qoruyan məmur" adlandıran 29 yaşlı Jamie Lee istismara məruz qaldıqdan sonra bu vəzifəyə sahib olub. Təqib etdiyi kişilərdən biri, soyadını gizli saxladığımız Robert 14 yaşlı gənc bir uşaqla danışdığını düşünür. Amma əslində o Jamie ilə danışır.

Jamie Lee bir çox "pedofil ovçusunun" şöhrət arxasınca qaçdığını etiraf edir

Əvvəlcə özüylə ünsiyyət yaradılmasını gözlədiyini söyləyən Jamie "Robert mənimlə əlaqə yaratdı" deyir və əlavə edir:

"İki həftə sonra isə açıq-saçıq danışmağa, mənimlə edəcəyi şeyləri söyləməyə başladı".

Videoda Jamie həmin adamla avtomobildən düşdüyü anda üzləşir, qaçmaması üçün açarları təslim etməsini istəyir.

"Məktəbli formasındakı yeniyetmə oğlanlar sənə cəlbedici gəlir, sən nəsən?" deyə soruşur.

Cavab almır.

"Yeniyetmə oğlanlardan xoşun gəlir?" deyə davam edir.