Fransada “sarı jiletlər” yenə etiraz aksiyasına başladı


Dünya 12 Yan 2019 18:54:00 239 0

Fransada “sarı jiletlər” yenə etiraz aksiyasına başladı

Fransada "sarı jiletlər" etiraz aksiyasının doqquzuncu aktı başlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, aksiyaçılar, əsasən, ölkənin Burj şəhərində, eləcə də digər şəhərlərdə toplaşıblar. Burj şəhərinin polis prefekturası nümayişi qadağan etsə də, səhər saatlarından artıq əvvəlki həftələrdən də çox aksiyaçının toplaşdığı bildirilir.

Parisdə etiraz aksiyaçıları Maliyyə və İqtisadiyyat Nazirliyinin yerləşdiyi Bersi məhəlləsindən yığışıblar. Aksiyaçıların şəhərin küçələrindən keçərək sonda mərkəzi Yelisey çölləri prospektinə gəlməsi planlaşdırılıb.

İctimai asayişin qorunması məqsədilə ölkə üzrə 80 min polis və jandarm səfərbər olunub ki, onlardan 5000-i Parisdədir.