Oğlan uşaqlarını zorla cinsi əlaqəyə məcbur edən keşiş həbs olundu


Dünya 12 Yan 2019 18:27:00 273 1

Oğlan uşaqlarını zorla cinsi əlaqəyə məcbur edən keşiş həbs olundu

ABŞ-ın Pensilvaniya ştatından olan keşiş, 65 yaşlı Devid Poulson illərlə iki azyaşlı oğlan uşağını zorla cinsi əlaqəyə məcbur etməkdə təqsirləndirilərək saxlanılıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, kilsə təmsilçisini 14 il həbs cəzası gözləyə bilər.

Keşiş törətdiyi cinayəti boynuna alıb və hətta "tövbə də edib".

Pensilvaniya prokuroru Coş Şapironun sözlərinə görə, uşaqlar cinsi istismara məruz qaldğı vaxt 8 və 14 yaşlarda olublar.

Üstəlik, pedofil keşiş hər cinayətdən sonra onları günahlarına görə tövbə etməyə məcbur edrimiş.