"Prezident İlham Əliyev Ermənistanda seçkilərin saxtalaşdırılmasına göz yuman beynəlxalq qurumları ədalətli və obyektiv mövqe tutmağa çağırdı"


Siyasət 12 Yan 2019 18:02:34 282 0

"Prezident İlham Əliyev Ermənistanda seçkilərin saxtalaşdırılmasına göz yuman beynəlxalq qurumları ədalətli və obyektiv mövqe tutmağa çağırdı"

Azərbaycanın güclü iqtisadiyyatı hər şeydən əvvəl qüdrətli ordu yaratmağımızı və onu ən müasir hərbi texnika və avadanlıqlarla təhciz etməyimizi təmin edib ki, bu da Günnüt döyüşlərində 11 min hektardan çox ərazimizi erməni işğalından azad etməyə və Ermənistanın regionlarını birləşdirən mühüm strateji yolu nəzarət altına almağımıza şərait yaradıb.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu yanvarın 11-də Azərbaycan Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin çıxışına münasibət bildirərkən deyib.

Deputat qeyd edib: "Ali Baş Komandan bu məsələyə də toxunaraq bildirdi ki, Naxçıvan əməliyyatı Azərbaycan xalqı və dövlətinin heç vaxt işğalla barışmayacağını və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəyini bir daha göstərir. Prezident vurğuladı ki, sadəcə danışıqlara ümid olduğu üçün biz danışıqlar yolunu hələ ki əsas vasitə kimi görürük. Ancaq, eyni zamanda, hərbi gücümüzü artırırıq. Döyüş qabiliyyətimizlə bağlı keçən il aparılan işlər əlbəttə ki, çox yüksək qiymətə layiqdir".

H.Babaoğlu bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin nizamlanması prosesi və işğalçı Ermənistanın hazırkı vəziyyətini diqqətə çatdıran Prezident İlham Əliyev bu məsələdə beynəlxalq təşkilatların fəaliyyətini fəaliyyətini haqlı olaraq tənqid edərək, Ermənistanda iyirmi il ərzində kriminal, qaniçən xunta rejiminin hökm sürdüyünü vurğuladı:

"Prezidentin də qeyd etdiyi kimi, əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar buna göz yumurlar. Bəs necə olub ki, beynəlxalq təşkilatlar son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə müsbət rəy veriblər? Son növbədənkənar parlament seçkiləri də göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar bu biabırçı mənzərəyə niyə göz yumurdular? Bütün bunlar haqlı suallar doğurur. Dövlət başçısının müvafiq fikirləri adıçəkilən təşkilatların yarıtmaz fəaliyyətinə verilən qiymət olmaqla, həm də əslində onların heç olmasa bundan sonra ədalətli və obyektiv mövqe tutmaları üçün bir çağırışdır".

Millət vəkili bildirib ki, Azərbaycanın bundan sonra da öz prinsipial mövqeyində qalacaq: "Ali Baş Komandan da bildirdi ki, torpaqlarımız azad olunana qədər biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. Bu sözlər işğalçı Ermənistana və onun havadarlarına verilən sərt ismarıc olmaqla, Ermənistanın yalnız Azərbaycan torpaqlarını işğaldan azad etməsindən sonra inkişaf edə biləcəyi gerçəyinin ifadəsidir:

H.Babaoğlu deyib ki, ümumilikdə 2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzunun artması, işğalçı ölkə istisna olmaqla bütün digər qonşu ölkələrlə olduqca mühüm əməkdaşlıq sazişlərinin imzalanması, Avropa İttifaqı, NATO və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıqda yeni bərabərhüquqlu tərəfdaşlıq imkanlarının yaradılması məsələlərini Prezident İlham Əliyev xarici siyasətimizin uğurları kimi dəyərləndirdi: "Ölkəmizin həyata keçirdiyi qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin artıq reallığa çevirilməsini və artıq milli iqtisadiyyatımıza real gəlirlər gətirdiyini yüksək qiymətləndirən Prezident İlham Əliyev bu sırada Cənub Qaz Dəhlizi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini və onların iqtisadi perspektivlərini xüsusi vurğulayaraq 2019-cu ildə daha böyük uğurlar əldə edəcəyimizi bildirdi".

"Erbil indi daha yaxşıdır" like
  • 12 Yan 17:57  
Digərləri "Erbil indi daha yaxşıdır"

Nergis Kumbasar Mehmet Ali Erbilin səhhətinin yaxşılığa doğru getdiyini b

arrow Ətraflı
“19621972ci illəri yadımıza salacaq” like
  • 12 Yan 17:50  
Digərləri “19621972ci illəri yadımıza salacaq”

Ukraynada son 1 ay ərzində kəskin soyuq havalar nəticəsində 64 nəfər dü

arrow Ətraflı
Cem Yılmaz bu həftə Mayamidə evlənir like
  • 12 Yan 17:44  
Digərləri Cem Yılmaz bu həftə Mayamidə evlənir

Cem Yılmaz sevgilisi Defne Samyeli ilə bu həftə Mayamidə nikah masasına ot

arrow Ətraflı
UNEC-də “Açıq qapı” günü keçirilib (FOTO) like
  • 12 Yan 17:39  
Digərləri UNEC-də “Açıq qapı” günü keçirilib (FOTO)

UNEC-də ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Açıq qapı” g

arrow Ətraflı
Tanınmış bakılı Rusiyada baş nazirin müavini təyin edildi like
  • 12 Yan 17:38  
Dünya Tanınmış bakılı Rusiyada baş nazirin müavini təyin edildi

Bakılı Roman Simanduyev Rusiya prezidenti yanında Başkortostanın səlahiy

arrow Ətraflı
Gömrük Komitəsinin 2 vəzifəli şəxsi həbs olundu like
  • 12 Yan 17:36  
Kriminal Gömrük Komitəsinin 2 vəzifəli şəxsi həbs olundu

 Dövlət Gömrük Komitəsinin (DGK) iki vəzifəli əməkdaşı həbs olunub

arrow Ətraflı
"Görməmiş kimi hamısı "Mashup" oxuyur" like
  • 12 Yan 17:30  
Şou-biznes "Görməmiş kimi hamısı "Mashup" oxuyur"

Müğənni Səidə Sultan "Maşup" oxuyanlardan danışıb. 

arrow Ətraflı
Murad və Tunardan sənətçilərə qadağa like
  • 12 Yan 17:23  
Şou-biznes Murad və Tunardan sənətçilərə qadağa

Müğənni-bəstəkar Murad Arif sənətçilərə qadağa qoyub. 

arrow Ətraflı
İran XİN: Gürcüstana getməyin like
  • 12 Yan 17:21  
Digərləri İran XİN: Gürcüstana getməyin

İran Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına "donuz qripi" səbəbi

arrow Ətraflı
Dövlət İmtahan Mərkəzində TOEFL imtahanı keçirilib like
  • 12 Yan 17:15  
Digərləri Dövlət İmtahan Mərkəzində TOEFL imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL imtahanı keçirilib.

arrow Ətraflı
Bakıda qaçırılmış avtomobil Tovuzda sökülmüş vəziyyətdə tapıldı like
  • 12 Yan 17:08  
Digərləri Bakıda qaçırılmış avtomobil Tovuzda sökülmüş vəziyyətdə tapıldı

Binəqədi rayonu ərazisindən avtomobil qaçırmaqda şübhəli bilinən şəx

arrow Ətraflı
Mərkəzi Asiyanın ən dərin mağarası Özbəkistandadır like
  • 12 Yan 16:56  
Dünya Mərkəzi Asiyanın ən dərin mağarası Özbəkistandadır

Özbəkistandakı Boy-Bulak mağarası Mərkəzi Asiyada ən dərin mağaradır.

arrow Ətraflı