“19621972ci illəri yadımıza salacaq”


Digərləri 12 Yan 2019 17:50:00 371 0

“19621972ci illəri yadımıza salacaq”

Ukraynada son 1 ay ərzində kəskin soyuq havalar nəticəsində 64 nəfər dünyasını dəyişib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Ötən il dekabrın 12-dən bu il yanvarın 9-na qədər 64 nəfərin öldüyü bildirilib. Nazirlik qeyd edib ki, 12 dekabr-9 yanvar aralığında 1037 nəfər həddindən artıq soyuq və donvurmaya görə həkimə müraciət edib, onlardan 955-i xəstəxanaya yerləşdirilib.  Son məlumatlara görə, Avropada da soyuq hava 17 nəfərin ölümüylə nəticələnib. Mütəxəssislər bildirir ki, tədricən qlobal soyuqlaşma baş verir. 

Belə olduğu təqdirdə soyuq hava kütləsinin Azərbaycana gəlmə ehtimalı varmı?  Son.az bildirir ki, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov cebhe.info-ya açıqlamasında deyib ki, Avropada da hava şəraiti ölümlərə səbəb olub: