ATƏT PAnın vitseprezidenti Mehman Hüseynovla bağlı hüquqmühafizə orqanlarına və beynəlxalq təşkilatlara müraciət etdi


Siyasət 12 Yan 2019 17:07:00 144 0

ATƏT PAnın vitseprezidenti Mehman Hüseynovla bağlı hüquqmühafizə orqanlarına və beynəlxalq təşkilatlara müraciət etdi

Mehman Hüseynovla bağlı baş verənlərin mahiyyəti bilərəkdən təhrif edilir.

Son.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev deyib.

A.Quliyevin sözlərinə görə, son günlər xarici mətbuatda bloqer M.Hüseynovla bağlı gedən yazıları və bəzi beynəlxalq qurumların bəyanatlarını təhlil edərək belə bir qənaətə gəlmək olar ki, bir çox hallarda məsələyə verilən reaksiya adekvat deyil və hiss olunur ki, baş verənlərin mahiyyəti bilərəkdən təhrif edilir: "Bu isə ciddi narahatlıq doğurur, eyni zamanda, yerli və beynəlxalq ictimaiyyəti çaşdırır və əsl həqiqətin nədən ibarət olduğu haqqında məlumat əldə etmək imkanını məhdudlaşdırır. Məni narahat edən əsas məqamlardan biri də xarici mətbuatda Mehman Hüseynova qarşı yeni cinayət işinin açıldığı və ona daha 7 il həbs cəzası veriləcəyi, bu səbəbdən də onun quru aclıq aksiyasına başladığına görə həyatını itirmək təhlükəsi ilə üz-üzə qaldığı barədə həqiqətə uyğun olmayan məlumatların dərc edilməsidir.

ATƏT PA-nın vitse-prezidenti kimi Mehman Hüseynovla bağlı yaranmış vəziyyət məni ciddi narahat etdiyindən, onun haqqında gedən məlumatların həqiqiliyini araşdırmaq, ona qarşı irəli sürülmüş yeni ittihamın mahiyyətini öyrənmək və onun sağlıq durumu haqqında dəqiq məlumat əldə etmək üçün aidiyyəti qurumlarla məsələni müzakirə etdim və bəzi suallara aydınlıq gətriməyə çalışdım. Belə məlum oldu ki, Mehman Hüseynovla həbsxana məmuru arasında baş vermiş hadisə araşdırılması üçün prokurorluq orqanlarına göndərilib. Baş vermiş insident obyektiv və ədalətli şəkildə araşdırılır və proses yekunlaşdıqdan sonra onun nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".

M.Hüseynovun səhhətinin ağır və ya az qala ölümcül vəziyyətdə olması haqqında bəzi beynəlxalq təşkilatların bəyanatlarında və xarici mediada gedən yazılara gəldikdə, A.Quliyev bildirib ki, bu məlumatların da heç birinin əsası yoxdur: "Rəsmi açıqlamalardan da bəlli olur ki, Mehman Hüseynov aclıq aksiyası keçirmir, onun səhhəti normaldır və ona qarşı hər hansı ayrı-seçkiliyə, təzyiqə və ya qanundan kənar hərəkətlərə yol verilmir. Bu faktlar onu həbsxanada ziyarət edən Azərbaycan ombudsmanının nümayəndəsinin, hüquq müdafiə təşkilatlarının, xarici ölkə səfirliklərinin, eyni zamanda, Mehman Hüseynovun özünün yaydığı açıqlamalarda da öz əksini tapıb".

ATƏT PA-nın vitse-prezidenti ümid etdiyini bildirib ki, M.Hüseynovun hüquqları qanunvericilik çərçivəsində tam olaraq qorunacaq, eyni zamanda bu mövzu ətrafında bundan sonra siyasi manipulyasiyalara yol verilməyəcək: "Sonda isə hüquq-mühafizə orqanlarını Mehman Hüseynovla bağlı baş vermiş insidenti obyektiv və ədalətli araşdırmağa, beynəlxalq təşkilatları, səfirlikləri və xarici medianı isə məsələnin mahiyyətini tam bilmədən ona tələsik və birtərəfli reaksiya verməməyə və araşdırmaların nəticələrini gözləməyə çağırıram".

Mərkəzi Asiyanın ən dərin mağarası Özbəkistandadır like
  • 12 Yan 16:56  
Dünya Mərkəzi Asiyanın ən dərin mağarası Özbəkistandadır

Özbəkistandakı Boy-Bulak mağarası Mərkəzi Asiyada ən dərin mağaradır.

arrow Ətraflı
Məşhur aktrisa futbol üzrə dünya çempionatına 100 min dollarlıq bilet aldı like
  • 12 Yan 16:50  
Digərləri Məşhur aktrisa futbol üzrə dünya çempionatına 100 min dollarlıq bilet aldı

Məşhur amerikalı aktrisa Culiya Roberts 2022-ci ildə Qətərdə baş tutacaq

arrow Ətraflı
Mahmud MəmmədQuliyev: "Azərbaycan ÜTT ilə ikitərəfli danışıqlara keçib" like
  • 12 Yan 16:43  
Siyasət Mahmud MəmmədQuliyev: "Azərbaycan ÜTT ilə ikitərəfli danışıqlara keçib"

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) katibliyinin təklifi ilə Azərbay

arrow Ətraflı
Dövlət İmtahan Mərkəzində TOEFL imtahanı keçirilib like
  • 12 Yan 16:41  
Digərləri Dövlət İmtahan Mərkəzində TOEFL imtahanı keçirilib

İmtahan DİM-in inzibati binasında təlimata uyğun təşkil olunub

arrow Ətraflı
Sevgilisini çağırıb yanında başqa qızla sevişdi, onu isə zorladı like
  • 12 Yan 16:32  
Kriminal Sevgilisini çağırıb yanında başqa qızla sevişdi, onu isə zorladı

Zorlamada təqsirli bilinən Mingəçevir şəhər sakinləri - 1995-ci il təv

arrow Ətraflı
Mahmud Məmməd-Quliyev: Azərbaycan ÜTT ilə ikitərəfli danışıqlara keçib (ÖZƏL) like
  • 12 Yan 16:29  
Digərləri Mahmud Məmməd-Quliyev: Azərbaycan ÜTT ilə ikitərəfli danışıqlara keçib (ÖZƏL)

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) katibliyinin təklifi ilə Azərbay

arrow Ətraflı
Kamala 2020ci ildə ABŞ prezidentliyinə namizəd olacaq like
  • 12 Yan 16:22  
Dünya Kamala 2020ci ildə ABŞ prezidentliyinə namizəd olacaq

Kaliforniya ştatından senator Kamala Harris 2020-ci ildə ABŞ prezidenti vəz

arrow Ətraflı
Bakı metrosunda cibgir saxlanıldı like
  • 12 Yan 16:16  
Kriminal Bakı metrosunda cibgir saxlanıldı

Metronun "Elmlər Akademiyası" stansiyasında oğurluqda şübhəli b

arrow Ətraflı
Bakı metrosunda cibgir saxlanılıb like
  • 12 Yan 16:10  
Digərləri Bakı metrosunda cibgir saxlanılıb

Metronun “Elmlər Akademiyası” stansiyasının platformasında bir qadını

arrow Ətraflı
ABŞda "şatdaun" davametmə müddətinə görə rekordu yeniləyib like
  • 12 Yan 16:10  
Dünya ABŞda "şatdaun" davametmə müddətinə görə rekordu yeniləyib

ABŞ-da "şatdaun" (büdcə olmaması səbəbindən federal müəssis

arrow Ətraflı
Fevralın 10dan etibarən bu mallara aksiz vergisi tətbiq ediləcək like
  • 12 Yan 16:03  
Digərləri Fevralın 10dan etibarən bu mallara aksiz vergisi tətbiq ediləcək

Dövlət Gömrük Komitəsi Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 5

arrow Ətraflı
"Müdirlə yola getmirdi, onu incidirdi" like
  • 12 Yan 15:56  
Kriminal "Müdirlə yola getmirdi, onu incidirdi"

İşlədiyi çörək sexinin müdirini öldürməkdə ittiham edilən gənc haki

arrow Ətraflı
Komitə: Fevralın 10-dan etibarən bu mallara aksiz vergisi tətbiq ediləcək like
  • 12 Yan 15:54  
Digərləri Komitə: Fevralın 10-dan etibarən bu mallara aksiz vergisi tətbiq ediləcək

Alkoqollu energetik içkilər, alkoqolsuz energetik içkilər və elektron siqar

arrow Ətraflı
İŞİDə qoşulan azərbaycanlı Ali Məhkəməyə müraciət etdi like
  • 12 Yan 15:47  
Digərləri İŞİDə qoşulan azərbaycanlı Ali Məhkəməyə müraciət etdi

İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqs

arrow Ətraflı