Mərkəzi Asiyanın ən dərin mağarası Özbəkistandadır


Dünya 12 Yan 2019 16:56:00 230 0

Mərkəzi Asiyanın ən dərin mağarası Özbəkistandadır

Özbəkistandakı Boy-Bulak mağarası Mərkəzi Asiyada ən dərin mağaradır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 1971-ci ildə mağaranın yaxınlığındakı Duybolo kəndinin sakini Mustafakul Zakirov yaşadığı kənd üçün su axtarmaq məqsədilə mağaraya gedib və itib. 14 il ondan soraq gəlməyib.

1985-ci ildə Ural speleoloqları Surxantau dağ silsiləsindəki bu mağaraya giriblər. Dərinliyə düşəndə isə bulaq və insan sümüklərinə rast gəliblər. Bu, Mustafakul Zakirovun qalıqları olub. Qalıqlar dəfn olunmaq üçün kəndə göndərilib.