Sevgilisini çağırıb yanında başqa qızla sevişdi, onu isə zorladı


Kriminal 12 Yan 2019 16:32:40 619 0

Sevgilisini çağırıb yanında başqa qızla sevişdi, onu isə zorladı

Zorlamada təqsirli bilinən Mingəçevir şəhər sakinləri - 1995-ci il təvəllüdlü Əmir Bayramov və dostu, 1996-cı il təvəllüdlü Elmir Vəliyevin (cinayət işində adı keçən şəxslərin ad və soyadaları şərti verilib - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az teleqraf.com-a istindən xəbər verir ki, Əmir Bayramov 2000-ci il təvəllüdlü Samirə Məmmədovaya təcavüz edib.

Sevdiyi qızdan qisas aldı

Belə ki, Əmir Bayramov sevdiyi qızın başqa oğlanlarla görüşməsini əsas gətirib, ondan qisas almaq məqsədi ilə sonuncuya qarşı təkbaşına seksual xarakterli zorakılıq hərəkətləri edib.

Habelə o, dostu Elmir ilə qabaqcadan əlbir olub, Samirənin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul tələb edib.

Xəyanət, yoxsa...

Müəyyən edilib ki, Əmir 2 dekabr 2015-ci il tarixdə, saat 16.00-da Samirənin telefonuna zəng edib, onu öz anası ilə tanış etmək adı ilə aldadıb və yaşadığı Mingəçevir şəhərində olan mənzilinə dəvət edib.

Əmir dostu Elmir və Ləman ilə birlikdə yaşadığı mənzilə gəlib. Bir qədər sonra Samirə də oraya gəlib.

Yataq otağında zorakılıq

Samirəni Elmir qarşılayıb, ona Əmir və Ləmanın yataq otağında olduqlarını, rəfiqəsi Ləmanın Əmir ilə birlikdə ona xəyanət etdiyini söyləyib.

Bu sözləri dəqiqləşdirmək üçün Samirə Əmirgilin olduğu otağa keçib. Orada Ləmanla Əmirin intim münasibətdə olduğunu görüb.

Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Əmir Samirəyə bir-iki şillə vurub. Sonra Ləmanla Elmir otaqdan çıxıblar. Onları ardınca Əmir də otaqdan çıxsa da, Samirə otaqda qalıb.

Ləman və Əmir digər otaqda olduqları vaxt Elmir yenidən Samirənin olduğu yataq otağına qayıdıb. Bu vaxt Samirə Əmirdən qisas almaq məqsədilə Elmirlə cinsi əlaqədə olacağını deyib.

Seksual hərəkətlər

Amma həmin vaxt Elmir Samirə ilə intim əlaqədə olmaqdan imtina edib. Bir neçə dəqiqə sonra Əmir həmin otağa gəlib və Samirəni öz yataq otağına aparıb.

Yataq otağında Əmir Samirədən onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı tələb edib. Samirə isə onun bu təklifindən imtina edib.

Bunun üçün o, Samirəyə qarşı zor tətbiq edərək onu vurub, sonra isə onu zorla soyundurub.

Cinsi əlaqədə oldu, dostu videoya çəkdi

Bu zaman Əmir Samirəyə qarşı zor tətbiq edib və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Əmir Samirəyə qarşı bu hərəkətləri edən zaman dostu Elmir həmin otağa girib, mobil telefonu ilə onları çəkməyə başlayıb. Samirənin etirazına baxmayaraq, onların intim əlaqədə olmalarını çəkib, telefonun yaddaşında saxlayıb.

Şantaj edib möhlət verdilər

Daha sonra Elmir həmin gün, axşam saat 19.00-da mobil telefonla Samirə ilə əlaqə saxlayıb. Onun barəsində həmin rüsvayedici görüntüləri Əmir ilə birlikdə yayacaqları ilə hədələyib.

Əmir bu videogörüntülərin məhv edilməsinin qarşılığında Samirədən hədə-qorxu ilə əvvəlcə 300 manat, sonrakı günlərdə isə 500 manat məbləğdə pul tələb edib.

Lakin Samirə ondan tələb olunan pulu tapa bilməyib. Bu səbəbdən Əmir və Elmir Samirəyə dekabrın 10-na kimi pulu düzəltməsi üçün vaxt veriblər. Həmin gün də Samirə pulu tapa bilmədiyi üçün Mingəçevir şəhər polis şöbəsinə müraciət edib.

Polislər belə yaxaladı

Nəhayət, dekabrın 10-da onlar Mingəçevir şəhəri 20 yanvar küçəsi 21 saylı yaşayış binasının yaxınlığında Samirə ilə görüşüblər.

Görüş zamanı Əmir və Elmir Samirənin onlara təklif etdiyi 200 manat məbləğdə pulunonları qane etmədiklərini deyib və pulu götürməkdən imtina ediblər.

Mingəçevir şəhər polis şöbəsinin cinayət axtarış bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dostlar cinayət başında yaxalanıblar.

"Dəfələrlə görüşdüm"

İstintaq orqanı tərəfindən Əmir Bayramov və Elmir Vəliyevin barəsində Cinayət Məcəlləsinin 150.2.3-cü (təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) və 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əmir Bayramov bildirib ki, Samirə ilə onun rəfiqəsi Ləman vasitəsilə tanış olub: "Yaxın münasibətdə olduğum Ləman Samirənin mobil telefon nömrəsini mənə verdi. Bununla da Samirə ilə tanış oldum, münasibət yaratdım. Onunla dəfələrlə görüşdüm".

"Görüşdüyü oğlanların kim olduqlarını bilməmişəm"