Kamala 2020ci ildə ABŞ prezidentliyinə namizəd olacaq


Dünya 12 Yan 2019 16:22:00 245 0

Kamala 2020ci ildə ABŞ prezidentliyinə namizəd olacaq

Kaliforniya ştatından senator Kamala Harris 2020-ci ildə ABŞ prezidenti vəzifəsinə namizədliyini irəli sürmək niyyətindədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Harris özü hələlik bu barədə rəsmi bəyanatla çıxış etməyib. Lakin yerli KCBS radiosunun verdiyi məlumata görə, senatora yaxın olan bir neçə mənbə onun planlarını təsdiqləyib və bildiriblər ki, Harrisin əri də onun bu qərarını dəstəkləyir.

Amerika KİV-ləri bildirirlər ki, Harris bu planını, çox ehtimal, yanvarın 21-də qeyd edilən Martin Lüter Kinq günü ərəfəsində elan edəcək.