Qadın səsinə həsrət qalan məhkumlar


Dünya 12 Yan 2019 15:40:00 199 0

Qadın səsinə həsrət qalan məhkumlar

Son.az bildirir ki, Dünyanın ən qorxunc həbsxanaları arasında yer alan Alkatras haqqında maraqlı məlumatları sizə təqdim edirik.

1933-cü ildən əvvəl bu həbsxanada mühafizə aşağı səviyyədə idi. Hətta məhkumlar adada yaşayan şəxslərin uşaqlarına dayəlik edirdi.

Bu həbsxanaya ilk olaraq 1861-ci ildə vətəndaş müharibəsinin əsirləri gətirilib. 1898-ci ildə isə İspaniya-Amerika müharibəsi zamanı buradakı əsirlərin sayı 450-yə çatıb.

Alkatras həbsxanasında məhkumlara çimmək və içmək üçün yalnız isti su verilirdi. Bunun səbəbi isə o idi ki, məhkumlar soyuq suya öyrəşməsin, qaçmaq istəyərkən dənizə girə bilməsinlər. Çünki həbsxana ABŞ-da San Fransisko körfəzinə yaxın Alkatras adasında idi. Dənizdə temperatur ortalama mənfi 10 dərəcə olurdu. Bu həbsxanada bir çox məhkum havalanaraq dəli olub, bəziləri isə intihar edib. Dünyanın ən məşhur mafiya başçısı Al Kapone də bu həbsxanada məhkum həyatı yaşayıb.

Bu həbsxanda olan məhkumların heç birinin şəxsi əşyası ola bilməzdi. Heç bir məhkum qəzet oxuma imkanına malik deyildi. Alkatras həbsxanasında hər 3 məhkuma bir polis təyin edilirdi.

Bu həbsxanda bütün məhkumlar kişi idi. Burada qadın məhkum saxlanılmırdı. Hətta mühafizəçilər, yemək bişirən personal belə kişilərdən ibarət idi. Bu həbsxanada 20 ilə yaxın qadın səsi eşitmədən yaşayan məhkumlar da olub.


Xəbərə aid fotolar