Sabirabad və Kürdəmir sakinlərindən qanunsuz silahsursat götürüldü


Kriminal 12 Yan 2019 15:33:00 617 0

Sabirabad və Kürdəmir sakinlərindən qanunsuz silahsursat götürüldü

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən Qarağac kənd sakini Rəşid Mexparadzedən müvafiq sənədləri olmayan "İJ-16" markalı tüfəng götürülüb.

Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Qarasu kənd sakinləri Eldar Rəhimovdan "İJ-12", Rüstəm Rəhimovdan isə "İJ-43" markalı ov tüfəngləri götürülüb.