Tehrandan Fransaya sərt cavab


Dünya 12 Yan 2019 15:13:00 228 0

Tehrandan Fransaya sərt cavab

Tehran Fransa XİN-in ballistik nüvə texnologiyası ilə bağlı çağırışına cavab verib.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İran XİN-in rəsmi nümayəndəsi Bəhram Qasımi danışıb.

Paris hökumətini məsuliyyətsizlikdə ittiham edən Qasımi Fransanı nüvə müqaviləsinin müxalifləri tərəfindən ortaya atılan və həqiqəti əks etdirməyən iddiaları təkrarlamaqdan imtina etməyə çağırıb. O, İranın raket proqramının müdafiə məqsədi daşıdığını və ölkənin təbii haqqı olduğunu bildirib.