"Sərəncam Nəsiminin dünya ədəbiyyatında tutduğu mövqeyi göstərməyə meydan açır"


Siyasət 12 Yan 2019 15:00:00 209 0

"Sərəncam Nəsiminin dünya ədəbiyyatında tutduğu mövqeyi göstərməyə meydan açır"

Prezident İlham Əliyevin mütəfəkkir şair İmadəddin Nəsimi haqqında verdiyi hər iki sərəncam, ilk növbədə, müstəqil Azərbaycan dövlətinin görkəmli şəxsiyyətlərə, klassik mədəni ədəbi irsə verdiyi yüksək qiymətin ifadəsidir.

Son.az xəbər verir ki, bunu report-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, sərəncamlar həmçinin Nəsimi irsini müstəqillik vaxtında yenidən Azərbaycan xalqına tanıtmağa və dünya ədəbiyyatında tutduğu mövqeyi göstərməyə geniş meydan açır: "Hesab edirəm ki, Nəsiminin sənət ideallarını, həyat çağırışlarını, onun qəhrəmanlıq nümunəsi olan həyatını, məğrurluğunu, şəxsiyyətini yeni nəsillərə müstəqillik gözü ilə nümunə kimi təqdim etmək bizim vəzifələrimiz sırasında dayanan işlərdən olacaq".

İ.Həbibbəyli bildirib ki, şairin irsinin ölkədə sistemli tədqiqi və təbliği 1973-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir: "Həmin vaxt Nəsiminin Azərbaycanda heykəli ucaldıldı, ona həsr olunan əsərlər meydana çıxdı, hətta film də çəkildi və bir sıra vacib addımlar atıldı. Bu da Nəsimini dünyaya tanıtmaq baxımından təqdirəlayiq işlər idi. Həmin müddətdən artıq 50 il vaxt keçib. Etiraf edək ki, bu gün Nəsimiyə dair tədqiqat işləri çox deyil, əsərləri, demək olar ki, az nəşr olunur, eləcə də əsərlərinin dünya dillərinə tərcüməsini həll etmək lazımdır. Sərəncam bu istiqamətdə həm akademik qurumların, həm də ali təhsil müəssisələrində olan alimlərin fəaliyyət göstərmələrinə və onlara dəstək olunmasına geniş imkanlar yaradır".

İnstitut direktoru vurğulayıb ki, artıq Akademiyada Nəsimi ilə əlaqəli bir sıra tədbirlərin, beynəlxalq konfransların keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanıb: "Əlyazmalar İnstitutunun əməkdaşları arxivlərdən Nəsimiyə aid edilən, ya da onun imzası ilə yazılan bir çox yeni bədii əsərlər, qəzəllər tapıb. Bu əsərlərin dəqiqləşməsinə ehtiyac var və həmin əlyazmaların çap olunması elm ictimaiyyəti üçün əvəzsiz olacaq".

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 11-də 2019-cu ilin Azərbaycanda "Nəsimi ili" elan edilməsi haqqında sərəncam imzalayıb. Həmçinin Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində təşkil edilməsi məqsədilə "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" ölkə başçısının müvafiq sərəncamı ilə Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. 

Bakıda qəhvə və çay festivalı keçirilir (FOTO) like
  • 12 Yan 14:58  
Digərləri Bakıda qəhvə və çay festivalı keçirilir (FOTO)

Yanvarın 11-dən paytaxtın ən qədim bazar ərazisində (“Passaj 1901” ko

arrow Ətraflı
Azərbaycandan ATƏTə sədrlik edən Slovakiya ilə bağlı like
  • 12 Yan 14:54  
Siyasət Azərbaycandan ATƏTə sədrlik edən Slovakiya ilə bağlı

Azərbaycan Slovakiyanın ATƏT-ə sədrliyi müddətində münaqişələrin qar

arrow Ətraflı
"Avropa parlamentləri Ermənistanın "konyak diplomatiyası"nda adı keçən siyasətçilərin fəaliyyətlərini ifşa edən araşdırmalar aparmalıdırlar" like
  • 12 Yan 14:51  
Siyasət

Azərbaycan Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şö

arrow Ətraflı
Azərbaycanda bir gündə 47 nəfər saxlanıldı like
  • 12 Yan 14:47  
Kriminal Azərbaycanda bir gündə 47 nəfər saxlanıldı

Yanvarın 11-dən 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinayə

arrow Ətraflı
Bakıda dələduzluq: özünü vergi işçisi kimi təqdim edib pul aldı  FOTO like
  • 12 Yan 14:40  
Digərləri Bakıda dələduzluq: özünü vergi işçisi kimi təqdim edib pul aldı FOTO

Nəsimi rayonu ərazisində bir neçə mağazaya özünü Vergilər Nazirliyinin

arrow Ətraflı
Almeyda "Qarabağ"a qayıtdı like
  • 12 Yan 14:37  
Digərləri Almeyda "Qarabağ"a qayıtdı

"Qarabağ" millimizin oyunçusu Riçard Almeydanı heyətinə cəlb edib.

arrow Ətraflı
Bazar günü yağış yağacaq like
  • 12 Yan 14:28  
Digərləri Bazar günü yağış yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Bakıda qadının mağazadan oğurluğu kameraya düşdü  VİDEO like
  • 12 Yan 14:18  
Digərləri Bakıda qadının mağazadan oğurluğu kameraya düşdü VİDEO

Bakıda oğuluq edən qadın müşahidə kameralarına düşüb. 

arrow Ətraflı
Ermənilər Qazaxda ekskava­­toru pulemyotlardan atəşə tutublar  FOTO like
  • 12 Yan 14:14  
Digərləri Ermənilər Qazaxda ekskava­­toru pulemyotlardan atəşə tutublar FOTO

Qazax və Ağstafa rayonları ərazisində düşmənlə təmas xəttində xidmə

arrow Ətraflı
İstixanada narkotik becərən şəxslər tutuldular  FOTO like
  • 12 Yan 14:11  
Digərləri İstixanada narkotik becərən şəxslər tutuldular FOTO

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən nar

arrow Ətraflı
25 yaşlı qız FOTO paylaşmaqla milyonlar qazanır like
  • 12 Yan 14:05  
Digərləri 25 yaşlı qız FOTO paylaşmaqla milyonlar qazanır

Tammi Hembrov sosial mediadakı paylaşımlarından milyonlar qazanır

arrow Ətraflı