Bakıda qəhvə və çay festivalı keçirilir (FOTO)


Digərləri 12 Yan 2019 14:58:16 232 0

Bakıda qəhvə və çay festivalı keçirilir (FOTO)

Yanvarın 11-dən paytaxtın ən qədim bazar ərazisində (“Passaj 1901” kompleksində) ilin çoxdan gözlənilən ən böyük tədbiri - Bakı qəhvə və çay festivalı (“Baku Coffee & Tea Festival”) keçirilir.

Bakı. Yanvarın 11-dən paytaxtın ən qədim bazar ərazisində (“Passaj 1901” kompleksində) ilin çoxdan gözlənilən ən böyük tədbiri - Bakı qəhvə və çay festivalı (“Baku Coffee & Tea Festival”) keçirilir. Trend-in məlumatına görə, festival Beynəlxalq Qəhvə Birliyi (Specialty Coffee Association) və Dünya Qəhvə Təşkilatının (World Coffee Events) dəstəyi ilə reallaşıb. Sərgidə həm yerli, həm də xarici qəhvə və çay şirkətləri iştirak edir. Azərbaycanda artıq ikinci dəfə təşkil olunan tədbirə Türkiyə və Kolumbiyanın ölkəmizdəki səfirlikləri də qatılıb. Bu üç günlük festival ərzində şəhərin bütün çay və qəhvə professionalları bir araya gələcək. Belə ki, festival çərçivəsində Beynəlxalq Qəhvə Birliyinin dəstəyi ilə barista üzrə milli çempionat keçiriləcək. Çempionatın qalibi ixtisaslaşmış hakimlərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən seçilərək Azərbaycanı aprel ayında Bosniyada keçiriləcək Dünya Barista Çempionatında (“World Barista Championship”) təmsil edəcək. Bununla da ilk dəfə olacaq Azərbaycan öz baristası ilə dünya arenasına çıxacaq.