Bazar günü yağış yağacaq


Digərləri 12 Yan 2019 14:28:00 212 0

Bazar günü yağış yağacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Bakı. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yağış yağacağı ehtimalı var. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 0-2°, gündüz 8-11° isti olacaq.