25 kq-dan artıq müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb


Digərləri 12 Yan 2019 13:33:12 191 0

25 kq-dan artıq müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Bakı. Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də ümumi çəkisi 25 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb. Belə ki, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yadigar Novruzovdan 16,1 kiloqram marixuana götürülüb.