Avropa donur:


Dünya 12 Yan 2019 13:29:00 303 0

Avropa donur:

Avstriya və Almaniyada soyuq havalar davam  edir. Güclü qar səbəbindən avtomobil yollarında tıxaclar yaranıb, dəmiryol nəqliyyatının işində böyük fasilələr müşahidə olunur, məktəblər və uşaq bağçaları bağlanıb.

Son.az Daily Mail-ə istinadən bildirir ki, avstriyalı metereoloqların dediklərinə görə, belə qar, çovğun və boranlar son 100 ildə ölkədə müşahildə olunmamışdı.

İsveçdə, ölkənin şimal rayonlarında boranlar tüğyan edir. Balkan yarımadasında güclü qar elektrik enerjisi ilə təminatda problemlər yaradıb.

Güclü qar və soyuq havalar Avropada artıq 21 nəfərin ölümünə səbəb olub.

Almaniyanın Bavariya bölgəsində vəziyyət xüsusilə ağırdır. Həyat faktiki olaraq "iflic" durumundadır.