"Qalatasaray" azarkeşindən maraqlı addım


Digərləri 12 Yan 2019 12:30:00 171 0

"Qalatasaray" azarkeşindən maraqlı addım

Heyətində hücumçu olmayan "Qalatasaray"ın bir azarkeşi maraqlı addımı ilə diqqət mərkəzinə düşüb.

Son.az xəbər verir ki, soyadı Cengiz olan fanatik "qalatasaray"lı Ahmet Cengiz yeni doğulmuş oğluna maraqlı ad qoyub. Belə ki, fanat övladına "Forvet" adını qoyub. O, fikrini belə izah edib: "Hücumçusuzluqdan dəli olmuşam. Ona görə adını hücumçu qoydum. Hətta ikinci adını da "Al" etdim. Oğlumun adı artıq "Forvet Al Cengiz"dir. Ümid edirəm mesajım çatmışdır".