Qanunsuz dini yığıncaq təşkil edən Rusiya vətəndaşları ölkədən çıxarıldı - ƏMƏLİYYAT


Digərləri 12 Yan 2019 12:10:00 176 0

Qanunsuz dini yığıncaq təşkil edən Rusiya vətəndaşları ölkədən çıxarıldı - ƏMƏLİYYAT

Qanunsuz təşkil olunan dini yığıncağın iştirakçıları saxlanılıb.

Bakı. Qanunsuz təşkil olunan dini yığıncağın iştirakçıları saxlanılıb. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi, Binəqədi RPİ 4-cü Polis Şöbəsi, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları yanvarın 10-da Binəqədi rayonu ərazisindəki evlərin birində əməliyyat tədbiri keçiriblər. Nəticədə Rusiya Federasiyasının vətəndaşları olan 9 nəfərin həmin ünvanda qanunsuz dini yığıncaq təşkil etmələri müəyyən edilib.