Marketlərdə polietilen torbaların pulla satılması xəbərləri ilə bağlı


Digərləri 12 Yan 2019 11:57:00 242 0

Marketlərdə polietilen torbaların pulla satılması xəbərləri ilə bağlı

Bir neçə gündür ki, sosial şəbəkələrdə bəzi marketlərdə polietilen torbaların ödənişli satılması barədə məlumatlar paylaşılır.  

İddialara görə, mağazalarda alış-veriş edən əhaliyə sellofan torbalar beş-on qəpiyə satılır.

Son.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova oxu.az-a açıqlamasında bildirib ki, nazirliyin marketlərdə satılan polietilen torbaların qiymətlərini tənzimləmək səlahiyyəti yoxdur: 

"Biz torbaların mağazalarda pulla satılmasının tərəfdarıyıq. Amma onların qiymətini biz müəyyən etmirik. Sosial şəbəkələrdə marketlərdə polietilen torbaların pullu olması ilə bağlı xəbərlərə yazılsa da, mağazalarda torbaların pulla satışına də rast gəlinməyib".

Nazirlik rəsmisi bildirib ki, sellofan torbalar təbiətə çox ziyan vurur:

"Bu torbalar istifadə edildikdən sonra ətraf ərazilərdə və yol kənarında xoşagəlməyən mənzərə yaradır. Biz ətraf mühitin qorunması üçün insanların alış-verişlərdə parça torbalardan istifadə edilməsini tövsiyə edirik".