Ermənilərin İstanbulda açdığı telekanal yayıma başladı


Dünya 12 Yan 2019 11:46:00 197 0

Ermənilərin İstanbulda açdığı telekanal yayıma başladı

Ermənilər İstanbulda yeni "Luys"adlı telekanal açırlar. "Luys" işıq deməkdir. "Luys"u açan Aram Kuran bildirir ki, onlar bu kanalla xalqların qardaşlığına işıq salacaqlar. 

Son.az modern.az-a istinadən xəbər verir ki, "Luys" kanalı 5 ildir fəaliyyət göstərən "Luys" adlı maqazın qəzetinin balansında açılır.  Yanvarın 6-dan test yayımına başlayan telekanal fevralın 6-dan sonra rəsmi fəaliyyətə başlayacaq.  Kanal rəhbərliyi televiziyanın beynəlxalq media orqanı olacağını rəsmi Ttwitter hesabından açıqlayıb. Eyni zamanda, bildiriblər ki, bu kanal Türkiyədə yaşayan ermənilərin səsi olacaq. 

""Agos" və bir neçə kiçik qəzetdən başqa mediada böyük layihəmiz yox idi" deyən Aram Kuran hesab edir ki, bu kanal vasitəsilə erməni xalqının mədəniyyətini də tanıtmaq imkanları qazanacaqlar.