Bakıda anasını və qardaşını yandıran şəxsin cinayət işi məhkəməyə göndərilib


Digərləri 12 Yan 2019 11:30:00 187 0

Bakıda anasını və qardaşını yandıran şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakıda qətl törətməkdə təqsirləndirilən Vitali Kolosovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası hələlik açıqlanmayıb.

Qeyd edək ki, cinayət hadisəsi ötən il iyunun 22-də gecə saat 00:55-də Bakının Xəzər rayonunda baş verib.