Efirdə Nazpəriyə söz atan Elzanın ayağını çimdiklədilər VİDEO


Şou-biznes 12 Yan 2019 11:18:00 673 0

Efirdə Nazpəriyə söz atan Elzanın ayağını çimdiklədilər  VİDEO

"Azərbaycanın səsi" müsabiqəsinin ötən gün yayımlanan buraxılışında gözlənilməz hal yaşanıb.

Son.az axşam.az-a istinadən bildirir ki, əməkdar artist Elza Seyidcahanla xalq artisti Nazpəri Dostəliyeva arasındakı gərginlik canlı yayım boyunca bitməyib.

Seyidcahan çıxış edərkən yenə Dostəliyevaya söz atıb:

"Məntiqli danışığım kimisə narahat edir. Yazıq deməyəm, kimisə narahat edir. Mən mahnı bəstələmişəm. Elə insanlar var ki, güllər aldırırlar özünə. Gedib diplom, professorluq, doktoranturalığı özləri pulla alırlar".   Bu zaman isə proqramın əməkdaşlarından biri onun ayağını çimdikləyib. "Görmədiniz, Kənan bəy mənim ayağımı çimdiklədi", - təəccübünü gizlətməyib. 

"Kimlərsə hesab edirlərsə, mən gülü özüm alıram... Bu, onların öz səviyyələridir, ucuzluğa getmirəm", - Nazpəri bildirib.