Qaradağda 2 mühüm layihənin icrası işləri artıq yekunlaşır


Digərləri 12 Yan 2019 11:07:00 204 0

Qaradağda 2 mühüm layihənin icrası işləri artıq yekunlaşır

Vətəndaşların rahatlığı üçün hesablanmış layihələrin icrası çərçivəsində Qaradağ rayonunda 22.9 km uzunluğa malik 2 mühüm layihənin icrası işləri artıq yekunlaşır.

Bakı. Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Bakı şəhərinin qəsəbələrini birləşdirən avtomoil yollarının yenidən qurulması işləri 2019-cu ildə də yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. Vətəndaşların rahatlığı üçün hesablanmış layihələrin icrası çərçivəsində Qaradağ rayonunda 22.9 km uzunluğa malik 2 mühüm layihənin icrası işləri artıq yekunlaşır. Bu, uzunluğu 13.8 km olan Lökbatan-Qızıldaş və 9.1 km-lik uzunluğunda olan Lökbatan-Güzdək qəsəbələrarası avtomobil yollarıdır. Bu barədə Trend-ə AAYDA-nın mətbuat xidmətindən deyiblər. Bildirilib ki, Lökbatan-Qızıldaş və Lökbatan-Güzdək avtomobil yollarının əsaslı şəkildə təmir olunmadan uzun illər istismar olunması, əsasən ağır tonnajlı yük maşınlarının hərəkəti nəticəsində yol geyimi və yol əsası deformasiyaya uğramış, qabarma və çalalar əmələ gəlmişdi. Bu isə vətəndaşların gediş-gəlişində çətinliklərə səbəb olurdu. Bu üzdən Dövlət Agentliyi tərəfindən sözügedən yolların ötən il əsaslı şəkildə təmirinə start verilmişdir. Hər iki avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Layihəyə uyğun yolun hərəkət hissəsi 7 metr olmaqla, yol yatağının eni 12-13 metr təşkil edir.