“Ürəkdən və cinsi orqandan bıçaqlamaq dəbə düşüb”


Digərləri 12 Yan 2019 10:51:00 215 0

“Ürəkdən və cinsi orqandan bıçaqlamaq dəbə düşüb”

Deputat Fazil Mustafa əsgərlikdən yenicə qayıdan gəncin ötən gün bıçaqlanaraq öldürülməsinə münasibət bildirib.  

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, qeyd edib ki, son vaxtlar yeniyetmələr arasında özləri ilə bıçaq gəzdirmək halları artıb: "Orta məktəblərdə 10-11-ci sinif uşaqları arasında yəqin ki, buna səbəb sosial şəbəkələrdə, teleseriallarda oğru aləmində baş verənlərin mütəmadi işıqlandırılması, təbliğ olunmasıdır.

Ötən gün də Nizami metrosunda 22 yaşlı gənci ürəyindən bıçaqlayaraq öldürüblər. Cərrah tanışlarımızdan biri deyir ki, son zamanlar gənclər arasında ürəkdən və cinsi orqandan bıçaqlamaq dəb halını alıb. Ciddi narahatedici məsələdir, fikrimcə, valideynlər, məktəb müəllimləri, eləcə də Daxili İşlər Nazirliyinin müvafiq qurumları profilaktik tədbirləri gücləndirməlidir.